"Bakı" klubu Azərbaycan Premyer Liqasının son turu çərçivəsində keçiriləcək "Bakı"-"İnter" oyununun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, Aleksandr Starkovun yetirmələri dünən klubun təlim-məşq bazasında bir məşq keçiriblər.
Fiziki təmrinlər və topla çalışmalar üzərində qurulan məşq sonda yüngül qaçışla yekunlaşıb. "Bakı"nın məşqində 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov, Rəhman Hacıyev, habelə zədəsi səbəbindən mövsümü erkən bitirən Ernad Skuliç iştirak etməyib. Səhhətində problem olan Xalidu Sissoko komandadan ayrı məşq keçib.
Qeyd edək ki, bu gündən etibarən mövsümü çempionluqla nöqtələyən əvəzedici komandanın üzvü Şəhriyar Əliyev əsas komandaya cəlb olunub. O, əvəzedicilərin aparıcı üzvlərindən biri olmqla bərabər əksər oyunlarda komandanı kapitan sarğısı ilə meydana çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB