İstanbulun \"Qalatasaray\" futbol klubunun yeni prezidenti Ünal Aysal və onun komandasında ikinci şəxs olaraq göstərilən Ali Dürüst, futbol üzrə Türkiyə yığma komandasının sabiq baş məşqçisi Fatih Terimlə görüşərək, ona \"Qalatasaray\"ın baş məşqçisi olmağı təklif ediblər. Siasport.az saytı xəbər verir ki, iki tərəf arasındakı görüşmə müsbət notlarla yekunıaşıb. A.Dürüst Türkiyənin aparıcı mətbuat orqanlarına verdiyi müsahibədə bildirib ki, hələ bir nəticə əldə olunmasa da, F.Terimlə bir sıra məsələlərdə razılığa gələ biliblər. A.Dürüst onu da vurgulayıb ki, mayın 18-də rəsmi olaraq iş başına keçəndən sonra, F.Terimlə bir daha görüşərək danışıqları konkretləşdirməyə çalışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB