"Beşiktaş" Tayfur Havutçu ilə yola davam edir

"Beşiktaş" Tayfur Havutçu ilə yola davam edir

İstanbulun "Beşiktaş" futbol klubunun rəhbərliyi, gözlənilənlərin tam əksinə olaraq hansısa bir əcnəbi məşqçi əvəzinə, klubu mövsümün ortasında Bernd Şusterdən təhvil alaraq ayağa qaldıran və "qara qartal"a Türkiyə Kubokunu qazandıran Tayfur Havutçu ilə yola birgə davam etmək haqqında qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi, gənc baş məşqçi ilə 2 illiyinə müqavilə bağlayıb. "Beşiktaş"ın rəsmi internet səhifəsi də bu məlumatı təsdiq edib. Görünür, klubun prezidenti Yıldırım Dəmirörən, "Real"ın baş məşqçisi Joze Maurinyonun ona dediyi "Öz yerli gənc mütəxəssislərinizə şans verin. Başqasından sizə əlac olmaz" sözlərinə önəm verməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə