Azərbaycan milli komandası Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında dörddəbir final mərhələsinə yüksəlib. Medellin şəhərindəki "Coliseo İvan de Bedout" İdman Kompleksində Tailand yığması ilə qarşılaşan millimiz 13:8 hesabı ilə qələbə qazanıb. Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib.
Millimiz dörddəbir final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Cali şəhərindəki "Coliseo El Pueblo" İdman Kompleksində keçiriləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB