Azərbaycan idmançısı Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan idmançısı Avropa çempionatında qızıl medal qazandı

Fransanın paytaxtı Parisdə kapoeyra üzrə Avropa çempionatı keçirilirib. Siasport.az saytı xəbər verirki, yarışda Azərbaycan təmsiliçisi Fərid Səlimov bütün rəqiblərini üstələyərək Avropa çempionu titulunu qazanıb. İdmaçımız 15 yaş kateqoriyasında qızıl medal qazanmaqla yanaşı, solo akrobatika üzrə də birinci yerə layiq görülüb. Beləliklə, F. Səlimov Avropa çempionatını bir qızıl və iki kubokla başa vurub.

Qeyd edək ki, idmançımız həm də dünya ikincisidir.

Onu da nəzərə çatdıraq ki, nümayəndə heyətimiz Vətənə sabah axşam saatlarında qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə