Birinci Divizionun qalibi "Abşeron" Azərbaycan Premyer Liqasına keçidini yüksək göstəricilərlə bayram edir. Siasport.az saytı xəbər verir ki, 2010-2011-ci il futbol mövsümündə keçirdiyi 26 matçda 75 qol vuran kollektiv möhtəşəm uğura imza atıb. Bu 75 qola komandanın 23 üzvü müəlliflik edib. "Abşeron"un ən məhsuldar futbolçusu adını isə keçirdiyi 22 görüşdə 9 dəfə rəqibləri məyus edən komandanın mərkəz müdafiəçisi Ramin Nuriyev qazanıb. O, bu qollardan 2-ni 11 metrlik cərimə zərbəsindən sonra qapıdan keçirib.
İkinci nəticə 17 oyundan 7 qol vuran Emin Mehdiyevə məxsusdur. Komandanın 3 üzvü Rəhman Musayev (6 oyun), Aqşin Həşimov (9 oyun) və Murad Ağakişiyev (18 oyun) 6 qolla müvafiq olaraq 3-5-cı yerləri bölüşdürüblər. Digər fərqlənən futbolçular bunlardır:
Fərrux Rəhimov, Zahid Quliyev və Rami Əliyev – 5 qol; Timur Dadaşov- 4 qol; Emin İbrahimov 3 qol; Ceyhun Cavadov, Natiq Kərimi, Ruslan Qafitullin, Elşən Hacıyev, Kamil Nurəhmətov və İsmayıl Məmmədov -2 qol; Orxan Həsənov, Eldar Hüseynov, Eşqin Quliyev, Ruslan Tağızadə, Azər Cabbarov, Afiq Yusifov və Oleksey Qavrilyuk- 1 qol.
Məhsuldar ötürmə verən futbolçuların siyahısına komandanın kapitanı, kollektivin ən təcrübəli üzvü İsmayıl Məmmədov başçılıq edir. Onun 14 dəfə ötürməsindən sonra komanda yoldaşları müvəffəqiyyət qazanıb. Timur İsrafilov 7 ötürməylə 2-ci və onun adaşı Timur Dadaşov 5 ötürməylə 3-cü olublar.
"Qol+ötürmə" sistemi üzrə hesablamalara görə komandanın şəksiz lideri İsmayıl Məmmədovdur. O, 16 xalla (2+14) inamla öndə yer alıb. Emin Mehdiyev 10 xalla (7+3) ikinci yerdə, Fərrux Rəhimov 9 xalla (5+4) və Timur Dadaşov 9 xalla (4+5) müvafiq olaraq 3-4-cü yeri bölüşdürüblər.
"Abşeron" 2010-2011-ci il mövsümündə ilk qolunu sentyabrın 5-də Zabrat qəsəbə stadionunda "Şəmkir"lə debüt matçında vurub. Həmin matçın 3-cü dəqiqəsində Timur Dadaşov müvəffəqiyyət qazanaraq "Abşeron"un futbol çempionatlarındakı ilk qolunun müəllifi kimi tarixə düşüb. Komandanın 1-ci Diviziondakı sonuncu qolu da, "Şəmkir"lə oyuna təsadüf edib. Mayın 15-də Fərrux Rəhimovun matçın 72-ci dəqiqəsində vurduğu qol "Abşeron"un mövsümdə sonuncu topu oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB