Qadın şahmatçılarımız Avropa çempionatında

Qadın şahmatçılarımız Avropa çempionatında

Gürcüstanın paytaxtı Tbilisi şəhərində qadınlar arasında şahmat üzrə sayca 12-ci Avropa çempionatı (İsveçrə sistemi, 11 tur) keçirilir. Siasport.az saytı xəbər verir ki, qitə birinciliyində 132 idmançı, o cümlədən Azərbaycanın 14 şahmatçısı iştirak edir. 7 turdan sonra Viktoriya Çmilite (Litva) və Bela Xotenaşvili (Gürcüstan) hərəyə 6 xal toplayıblar. Yekaterina Laqno (Ukrayna), Piya Kramlinq (İsveç) və Lela Cavaxişvili (Gürcüstan) liderlərdən yarım xal geri qalırlar. Azərbaycan şahmatçıları Nərmin Kazımova və Xəyalə Abdullanın hərəyə 4,5, Xəyalə İskəndərovanın 4, Zeynəb və Türkan Məmmədyarova bacılarının, habelə Səbinə İbrahimovanın hərəyə 3,5 xalı var.

Qeyd edək ki, Avropa çempionatının 8-ci turunda N.Kazımova – S.Qaramişvili (Gürcüstan), X.Abdulla – K.Nemtsova (Çexiya), X.İskəndərova – İ.Çarkalaşvili (Gürcüstan), Z.Məmmədyarova – S.İbrahimova (hər ikisi Azərbaycan), T.Məmmədyarova – A.Kuçava (Gürcüstan) və digər qarşılaşmalar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə