BTİ çempion oldu

\"UNİCEF U-16 qızlar Liqa\"sında mövsümə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, final oyununda BTİ və UGİM (Lənkəran) qarşılaşıb. 8:0 hesabı ilə qələbə qazanan BTİ ilk dəfə keçirilən çempionatın qalibi olub. Üçüncü yer uğrunda keçirilən oyunda Zaqatala və Mingəçevir komandaları qarşılaşıb. Rəqibindən üstün olan Zaqatala futbolçuları 4:0 hesabı ilə qələbə qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, çempion komandaya isə kubok təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə