Mayın 15-də Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə növbəti cıdır yarışları keçirilib. Siasport.az saytı xəbər verir ki, 2 yaşlı Qarabağ və Dilbaz atlarının yarışında jokey Orxan Həsənov "Kətan", 2 yaşlı ingilis atlarının mübarizəsində isə Nazim Azayev "Palmida" ləqəbli atla birinci olublar.
Jokey Rauf Tahirov "Palıd", Xvitiso Abilaşvili isə "Eqero fo Falm 3" ləqəbli atlarla müvafiq olaraq 3 yaşlı Qarabağ, Dilbaz və 3 yaşlı ingilis atlarının yarışında qalib gəliblər.
Dörd yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Ramiz İbrahimov "Apallon", 4 yaş və yuxarı ərəb atlarının mübarizəsində isə Səxavət Azayev "Nibeluq" ləqəbli atla rəqiblərindən üstün olublar.
Qaliblərə diplom və pul mükafatı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB