Türkiyənin Qalatasaray kulubunda keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. Siasport.az saytı xəbər verir ki, Ünal Aysal kulubun yeni başqanı olub. O, bu posta klub tarixində ən yüksək səs - 2998 səs, toplayaraq seçilən ilk başqan olub.
Prezident seçilən başqanın artıq idarə heyəti də bəllidir. Belə ki, Ü.Aysal yeni postunda Semih Haznedaroğlu, Ali Dürüst, Sedat Doğan, Celal Gürcan, Mete Başol, Refik Arkan, Adnan Öztürk, Ali Gürsoy, Aka Gündüz Özdemir, Adnan Nas və digərləri ilə əməkdaşlıq edəcək.
Ünal Aysal 1941-ci ildə İstanbulda anadan olub. "Qalatasaray" liseyini bitirəndən sonra İsveçirənin Neuchatel Universitetinin hüquq fakültəsinə qəbul olub və oranı bitirib. Artıq tələbəlik illərindən çalışmağa başlayan Ü.Aysal artıq 1974-cü ildən turizm sektorunda bəzi şirkətlərin idarə heyətində işləməyə başlayıb.
O, Avropada ən yaxşı türk iş adamı kimi Türkiyə prezidentinin "Yüksək Ləyaqət Ordeni" ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB