Hollandiya çempionatında 2010-2011 mövsümünün qalibi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Erediviziyanın sonuncu turunun oyunları keçirilib.
Ötən həftə Hollandiya Kubokunun finalında üz-üzə gələn \"Ayaks\" və \"Tvente\" bu dəfə Erediviziyanın həlledici qarşılaşmasında qarşılaşıb. Hesabı 23-cü dəqiqədə \"Ayaks\"ın oyunçusu Siem de Yonq açıb. 47-ci dəqiqədə Denni Landzaat fərqi iki topa çatdırıb. 48-ci dəqiqədə Teo Yanssen fərqi azaltsa da, Siem de Yonq 78-ci dəqiqədə üçüncü topu \"Tvente\"nin qapısından keçirib.
Bununla da \"Ayaks\" 30-cü dəfə Hollandiya çempionluğunu qazanıb. Bu, Amsterdam təmsilçisinin 6 illik fasilədən - 2004-cü ildən sona ilk çempionluğu olub.
Qeyd edək ki, ötən həftə Hollandiya Kubokunun finalında baş tutan \"Tvente\" - \"Ayaks\" matçında birincilər 3:2 hesablı qələbə qazanıb.
Ayaks - Tvente 3:1
Qroningen - PSV 0:0
Utrext - Alkmaar 5:1
Herakles - Den Haaq 3:0
Roda - Heerenveen 0:0
Villem II - Breda 0:1
Qraafşkar - Venlo 1:0
Feyenoord - Nijmegen 1:1
Vitess - Ekselsior 1:4
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB