Futbol üzrə Azərbaycan I Divizionunun 2010/2011-ci il mövsümünün qalibi paytaxtın "Abşeron" klubuna çempionluq kuboku təqdim olunub. Siasport.az saytı xəbər verir ki, XXVI turda "Şəmkir" komandasının qonağı olan "Abşeron"a oyun qurtardıqdan sonra çempionluq kubokunu Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev təqdim edib və komandaya Azərbaycan Premyer Liqasında da uğurlu çıxış etməyi arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB