"Bakı" çempion oldu
"Bakı"nın 17 yaşlı futbolçulardan ibarət komandası Azercell U-17 liqasının qalibi olub. Siaport.az saytı xəbər verir ki, U-17 liqasının 32-ci turunda 28-ci qələbəsini qazanan "Bakı"nın U-17 komandası kluba daha bir çempionluq qazandırıb. Aktivinə 85 xal yazdıran U-17 çempionluq tituluna sahib çıxmaqla bərabər ən çox qələbə qazanan komanda və 95 qolla ən çox top vuran komanda kimi tarixə düşüb.

"Bakı"nın U-17 komandasının üzvü Raul Yaqubzadə 23 qol vuraraq Azercell U-17 liqasının bombardiri adını qazanıb.
Başa çatan çempionatda klubun digər təmsilçisi olan "Bakı-2" doğma meydanda AZAL-ı məğlub etməklə çempionatı 6-ci pillədə bitirib.
"Bakı"nın U-17 komandasının baş məşqçisi İbrahim Uzuncanın çempionluq barədə bunlarə deyib: "Çempionluq münasibəti ilə "Bakı" rəhbərliyi başda olmaqla bütün "Bakı" ailəsini təbrik edirəm. Çətin bir ilin sonunda çempion olmağımıza çox sevindim və bu çempionluğumuzu Hafiz Məmmədov başqa olmaqla bütün "Bakı" rəhbərliyinə hədiyyə edirik. Klub rəhbərliyinə minnətdarığımızı bildiririk ki, futbol üçün hər bir şərait yaradıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə