Son günlərdə adı "Real Madrid"lə anılan "Bayer Münhen"in və Türkiyə millisinin ulduz oyunçusu Həmid Altıntop komandadan rəsmən ayrılır. Siasport.az saytı xəbər evrir ki, alman klubundan verilən rəsmi açıqlamaya görə, bu gün "VfB Ştutqard"la oyunda Həmid çıxış etməyəcək. Klub prezidenti Karl-Hayn Rummenigge mətbuata açıqlamasında belə deyib: "Həmid Altıntop bu mövsüm "Bayer Münhen" klubunda 3 oyunda əsas heyətdə meydana çıxıb ki, bu da onun üçün pis nəticədir. Biz onun qərarını anlayışla qarşılayırıq. "Real Madrid" klubunun rəsmiləri bizə Həmidlə maraqlandıqlarını deyib. Onlar bunu deməyə borclu deyildilər. Çünki futbolçunun iyunda müqaviləsi başa çatırdı".
Xatırladaq ki, Həmid 2007-ci ildə bu kuluba transfer olub və bu günə qədər 81 dəfə forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB