Rəşad Sadıqovu yenidən Türkiyəyə aparmaq istəyirlər

Rəşad Sadıqovu yenidən Türkiyəyə aparmaq istəyirlər
Ölkəmizdə səfərdə olan Türkiyənin \"Göztəpə\" klubunun futbol direktoru Ali Gültekin daha bir futbolçumuzun oyununu bəyənib. Siasport.az saytı xəbər veirr ki, Quzanlıda keçirilən \"Qarabağ\" - \"Neftçi\" oyununu izləyən türk klubunun rəsmisinin Rəşad Sadıqovun oyunundan xoşu gəlib.
Açıqlamasında Maksim Medvedev, Əfran İsmayılov və Rauf Əliyevi bəyəndiyini bildirən Ali Gültekin, Rəşad Sadıqovun da xidmətində maraqlı olduqlarını bildirib. \"Neftçi\"nin heyətində də prespektivli futbolçuların olduğunu bildiən klub rəsmisi Azərbaycan çempionundan futbolçu almağı planlaşdırmadıqlarını deyib.
Qeyd edək ki, R. Sadıqov indiyədək Türkiyənin \"Kayserispor\", \"Kocaelispor\" və \"Eskişəhərspor\" klublarında çıxış edib. Qışda vətənə dönən millimizin kapitanının yayda yenidən Türkiyəyə, özü də I liqa klubuna gedəcəyi inandırıcı deyil.
//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə