Seibukai kontakt karate üzrə II Bakı şəhər açıq çempionatı keçiriləcək
Sabah Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Maştağa Olimpiya İdman Mərkəzində "28 may Respublika günü"nə həsr olunmuş seibukai kontakt karate üzrə II Bakı şəhər açıq çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışın keçirilməsində məqsəd Bakı şəhərində seibukai kontakt karate növünü daha da inkişaf etdirmək, Azərbaycan yığma komandası üçün ehtiyyat idmançılar hazırlamaq və idmançıların dərəcələrini yüksəltmək, müxtəlif beynəlxalq yarışlarda iştirak etmək üçün yüksək dərəcəli idmançılar hazırlamaq, müxtəlif ölkələrin idmançıları arasında dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.
Yarış müxtəlif çəki dərəcələrinə görə uşaqlar, yeniyetmələr, qızlar, qadınlar və kişilər arasında keçiriləcək.b
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB