Səkkiz boksçumuz həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb

Səkkiz boksçumuz həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks turnirində finalçıların adları məlum olub. Siasport.az saytı xəbər verir ki, səkkiz boksçumuz həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb. Milli komandamızın 9 üzvü isə yarımfinalda məğlub olaraq, bürünc medalla kifayətlənməli olub. Boksçularımız aşağı çəki dərəcələrində daha inamlı çıxış ediblər. 52 kq çəki dərəcəsində finalda iki həmyerlimiz – Malik Muradovla Nadir Haqverdiyev üz-üzə gələcək. Altı çəki dərəcəsində - 60, 63, 66, 70, 75, 80 kq-da finalda Azərbaycan idmançıları təmsil olunmayacaqlar. Azərbaycandan sonra finala ən çox vəsiqə qazanan Qazaxıstan yığmasıdır – 5 nəfər.

46 kq

Oljas Kalaubek (Qazaxıstan) – Elnur Şəfizadə (Azərbaycan)

48 kq

Məsud Yusifzadə (Azərbaycan) – Aleksandr Melenyuk (Ukrayna)

52 kq

Malik Muradov (Azərbaycan) - Nadir Haqverdiyev (Azərbaycan)

54 kq

Peyman Yusifli (Azərbaycan) – Bakjan Kibitkaliyev (Qazaxıstan)

57 kq

İnan Tekin (Türkiyə) – Nurlan Hacıyev (Azərbaycan)

60 kq

Mehmet Ateş (Türkiyə) – Jemal Şalamveridze (Gürcüstan)

63 kq

Kayirgeldi Dayutbek (Qazaxıstan) – Hasan Ozan (Türkiyə)

66 kq

Akilbek Adikaliyev (Qazaxıstan) – Ali Ayetmemetov (Ukrayna)

70 kq

Ravil Axmetov (Ukrayna) – İrakli Katamadze (Gürcüstan)

75 kq

Vladislav Mixaylov (Ukrayna) – Ömər Dincər (Türkiyə)

80 kq

Zaur Mütəllimov (Ukrayna) – Akbarjon Meliziyayev (Özbəkistan)

80+ kq

Məhəmməd Tahirov (Azərbaycan) – Didar Tulegen (Qazaxıstan)

11 ölkənin 141 boksçusunun yarışdığı turnirin final görüşləri bu gün saat 14-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə