"Bild" nəşri: "Bavariya" Levandovski ilə müqaviləni yeniləyir

"Bild" nəşri: "Bavariya" Levandovski ilə müqaviləni yeniləyir

"Bavariya" polyak əsilli futbolçusu Robert Levandovski ilə müqaviləni yeniləyəcək. Məşhur "Bild" nəşrinin yaydığı xəbərə görə, artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən, polşalı hücumçu ilə 5 illik yeni müqavilə imzalanacaq. T.Levandovskinin yeni müqavilə imzaladıqdan sonra klubun ən yüksək maaşlı oyunçusu olacağı iddia edilir. Qeyd edək ki, "Bavariya"da hazırda ən yüksək maaşı Tomas Müller alır. O, ilinə 15 milyon avro qazanır.

Bütün xəbərlər Facebook səhifəmizdə