\"İnter\" - AZAL matçında azarkeşlər arasında qarşıdurma yarandı

\"İnter\" - AZAL matçında azarkeşlər arasında qarşıdurma yarandı
\"İnter\" - AZAL qarşılaşmasında azarkeşlər arasında qarşıdurma yaranıb. Siasport.az saytı xəbər verir ki, iki komandanın fanatları ilk yarıdan sonra qarşı-qarşıya gəlib.
Belə ki, birinci yarıda AZAL azarkeşlərinin səsləndirdiyi şüarlardan narazı qalan \"İnter\" fanatları fasilədə onlara yaxınlaşaraq, etiraz ediblər və \"AZAL qaz\" qışqırmağa başlayıblar. Bu zaman qarşı tərəf də onlara adekvat cavab verib və iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Olaya müdaxilə edən polis aranı sakitləşdirə bilib.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə