Adamiya Ağdamda het-trik etdi

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun son 3 oyunu keçirilir. Siasport.az saytı xəbər verir ki, Quzanlıdakı oyunda "Qarabağ" "Neftçi"yə 3 cavabsız qol vuraraq ikinci pillədə qərarlaşıb. Qolların üçünü də Georgi Adamya vurub. Gümüş medal uğrunda isə "Bakı" "Xəzər Lənkəran"la qarşılaşacaq. Avrokuboka çıxmaq üçün "İnter"lə AZAL qarşılaşacaq.

Premyer Liqa
31-ci tur
13 may

"Qarabağ" - "Neftçi" - 3:0

Qol: G.Adamiya, 5 (1:0), G,Adamiya, 13 (2:0), G.Adamiya, 49-pen (3:0)..
Ağdam rayonu, Quzanlı Olimpiya İdman Kompleksinin stadionu.

18:30. "Xəzər Lənkəran" – "Bakı"
Lənkəran. Şəhər mərkəzi stadionu.

19:00. İnter - AZAL
Bakı. "Şəfa" stadionu.

Hesabat turunun digər qarşılaşmaları dünən keçirilmişdi: "Muğan" – "MOİK" 1:0, "Gəncə" - "Qəbələ" 0:0, "Turan" – "Simurq" 2:1.

Bütün xəbərlər Facebook səhifəmizdə