Belə getsə Almaniya Bundesliqası tamamilə türk futbolçuların əlində cəmləşəcək. Siasport.az saytı xəbər verir ki, son bir neçə il ərzində Almaniya futbolunda perspektivli türk futbolçuların cəmləşməsi, onların əsas müzakirə mövzusuna çevrilmələri və ən əsası Bundesliqada bu futbolçuların transfer lideri kimi çıxış etmələri, yuxarıdakı fikirlərimizi əyani olaraq təsdiq edir. əvvəlcə futbol üzrə Almaniya milli komandasının üzvü, "Verder Bremen"in forvardı Məsut Özilin "Real"a transferi, bir az əvvəl "Bayern Münhen"də forma geyinən, eyni zamanda Türkiyə milli komandasının da şərəfini qoruyan Hamit Altıntopun kral klubuna transferi ilə bağlı müzakirələrin rəsmi olaraq qüvvəyə minməsi, ən əsası isə Almaniyada çıxış edən türk futbolçuların, Türkiyə yığmasına cəlb olunmasına qarşı Almaniyada gərginliyin yaranması, hazırda Bundestimdə bir türk fırtınasının mövcudluğunu göstərir. İndi də, "Verder Bremen", "Bayern Münhün"də forma geyinən, eyni zamanda Türkiyə milli komandasının da üzvü olan Mehmet Ekici ilə müqavilə imzalamağa hazırlaşır. Almaniyanın məşhur "Bild" qəzeti yazır ki, bu transfer artıq həll olunmuş sayıla bilər. Belə ki, "Verder Bremen"in idman direktoru Klaus Allofs, M.Ekicinin transferi üçün "pivəçilər"dəki həmkarı Kristian Nerlinger ilə danışıqlar aparıb razılaşdıqlarını bildirib. Futbolçunun meneceri Roland Jeromin də "Bild"ə açıqlamasında deyib ki, bu transferlə bağlı "Verder Bremen" klubu ilə danışıqları uğurla başa çatdırmaq üzrədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB