İngiltərənin \"Arsenal\" futbol klubunda \"təmizləmə əməliyyatı\"na start veriləcək. Siasport.az saytı xəbər verir ki, bu mövsüm nə İngiltərə Premyer Liqasında, nə də UEFA Çempionlar Liqasında heç nə ilə yadda qalmayan, İngiltərə Kubokunu qazana bilməyərək bu şansı da əlindən verən, hazırda isə turnir cədvəlində 3-cü yerdə qərarlaşan \"topçular\", ciddi islahatlar ərəfəsindədirlər. Klub rəhbərliyi də artıq baş məşqçi Arsen Vengerdən ciddi addımlar atmasını və işə yaramayan futbolçularla yolların mövsüm bitən kimi ayrılmasını tələb edir. İngiltərə mətbuatı iddia edir ki, \"Arsenal\"ın heyətindən yola salınacaq futbolçular arasında Andrey Arşavin, Manuel Almuniya, Tomas Rosiyski, Niklas Bentner, Marouane Şamax kimi futbolçular yer alır. Ümumilikdə isə \"topçular\" 9 futbolçu ilə yollarını ayırmaq haqda qərar qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB