Arda Turanın məktubu \"Qalatasaray\" azarkeşlərini ikiyə böldü

Arda Turanın məktubu \"Qalatasaray\" azarkeşlərini ikiyə böldü

İstanbulun \"Qalatasaray\" futbol klubunun kapitanı Arda Turan, klubun hazırkı prezidenti Adnan Polata ürək sözlərini əks etdirən məktub yazmaqla, sən demə \"cim bom\" azarkeşlərini ikiyə bölüb. Siasport.az saytı xəbər verir ki, əksər qalatasaraylılar, kapitanın məktubunda A.Polat haqqında yazılan müsbət məqamlarla dolu ürək sözləri ilə razı deyillər. Türkiyənin \"Fanatik.com\" idman saytı yazır ki, A.Turanın məktubunda A.Polata \"Qalatasaray\" üçün böyük işlər görmüş bir insan, əsl qalatasaraylı deyə xitab olunması bəzi azarkeşləri narazı salıb. Amma bunun əksini iddia edən azarkeş qrupları da səslərini qaldırıblar. Onlar da iddia edirlr ki, A.Polatın prezidentliyi dövrü futbol klubu baxımdan uğursuz sayılsa da, \"Qalatasaray\"ın digər bölümlərinin uğurlarında, xüsusi ilə \"Türk Telekom Arena\"nın böyük fədakarlıqla inşa olunub istifadəyə verilməsində hazırki prezidentin əməyi çox böyükdür. Bir sözlə, \"Qalatasaray\"ın kapitanı \"cim bom\" azarkeşlərini ikiyə bölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə