"Şahin" hərbi-idman oyununun respublika final yarışı keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirin proqramına əsasən ilk öncə iştirakçı komandalar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında onlar üçün hazırlanmış konsert proqramında iştirak ediblər. Növbəti gün isə Cəmşid Naxcıvanski adına Hərbi Liseydə "Şahin" hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçirilib. Daha sonra finalda iştirak edən 18 komanda 8 mərhələ üzrə keçirilən yarışda mübarizəni davam etdirib. Hakimlər heyətinin qərarına əsasən I yerə Xətai, II yerə Nəsimi və III yerə Nizami rayonunun komandaları layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB