Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda, Novxanı qəsəbəsində yerləşən Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə SCİ3*-W kateqoriyalı beynəlxalq turnirə start verilib. Siasport.az saytı xəbər verir ki, "Bahar Kuboku" adlı turnirdə Azərbaycan, Gürcüstan və Polşa idmançıları mübarizə aparırlar. Yarışlarda ümumilikdə 8 idmançı və 19 baş at iştirak edir. Ölkəmizi bu tədbirdə "Sərhədçi AİK" və"Günay AİK"-in nümayəndələri ilə yanaşı, milli komandamızın üzvləri Camal Rəhimov və Patrik Mak Entee də təmsil edirlər. 3 gün davam edəcək turnirin ilk günü ən yaxşı nəticəni Azərbaycan idmançısı Camal Rəhimov göstərib. O, maneələri 50,86 saniyəyə 0 cərimə xalı ilə dəf edib.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 156 000 dollardır. Yarışları Türkiyə, İran və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə edir. Yarışların nəticələrinə uyğun olaraq idmançıların topladığı xallar onların 2012-ci il London Olimpiya Oyunlarına və həmçinin Dünya Kubokuna vəsiqə əldə etməyinə böyük təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB