"Fənərbaxça" Andre Santosu "Barselona"ya 12 milyon avroya satacaq!

"Fənərbaxça" Andre Santosu "Barselona"ya 12 milyon avroya satacaq!

Artıq İspaniyanın "Barselona" futbol klubunun menecerlərinin bir müddət bundan əvvəl İstanbula etdikləri səfərlər, indi məntiqi nəticəsini verməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça" futbol klubunun iki futbolçusunu izləmək üçün İstanbulda olmuş katalon kubunun menecerləri, geri dönərək futbolçularla bağlı klub rəhbərliyinə rəy veriblər. Türkiyə mətbuatı iddia edir ki, "Barselona"nın menecerləri Gökhan Könül və Andre Santosu izləsələr də, sonda braziliyalı forvarda üstünlük verməli olublar. Katalonların meneceri Paco Martinez İspaniya mətbuatına açıqlamasında da deyib ki, onlar futbol üzrə Braziliya milli komandasının da forvardı olan A.Santosu transfer etməyi düşünürlər. "Fənərbaxça" da elə indidən A.Santosun qiymətini açıqlayıb ki, daha sonra qiymət məsələsində katalonlarla dava-qırğına çıxmasın. Belə ki, "sarı lacivərtlilər", A.Santos üçün, dünən növbəti dəfə çempionluğunu rəsmiləşdirən "Barselona"dan 12 milyon avro tələb edəcəklər. Həttda bu qərarın verilməsində "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın da qət mövqe sərgilədiyi bildirilir. Belə görünür ki, İstanbul klubunda əmindirlər ki, katalonlar braziliyalı futbolçunu almaq üçün mütləq "Fənərbaxça"nın qapısını döyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə