Türkiyənin \"Trabzonspor\" futbol klubu çempionluq uğrunda İstanbulun \"Fənərbaxça\" futbol klubu ilə amansz mübarizə aparmaqla yanaşı, onun əsas qol silahlarından sayılan Semih Şentürkü də heyətinə qatmaq istəyir. Siasport.az saytı xəbər verir ki, artıq bu məsələ klub rəhbərliyi səviyyəsində müzakirəyə belə çıxarılıb. Qardaş ölkənin \"Spor3.com\" idman saytı yazır ki, ən pis halda turniri ikinci yerdə başa vuraraq UEFA Çempionlar Liqasına qatılmaq şansı olan Trabzon təmsilçisi, Avropa kuboklarına hazırlaşmaq üçün hərəkətə keçib. Onların ilk transfer iddiası isə S.Şentürkdür. Mövsümün sonunda \"sarı lacivərtlilər\"lə yollarını ayırmaq istəyən futbolçunu İspaniyanın \"Deportivo\" klubu da israrla transfer etmək istəyir. Onlar da mövsümün başa çatmasını gözləyirlər. Həttda Türkiyə mətbuatı futbolçunun xidmətində \"Fənərbaxça\"nın əzəli rəqibi olan \"Qalatasaray\"ın da maraqlı olduğunu, və klubun kapitanı Arda Turanın \"Qalatasaray\"ın prezidenti olmaq istəyən hər 3 namizəddən onu transfer etməyi tələb etdiyini də yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB