"Nürnberq"in kapitanı "Qalatasaray"a gəlir?

"Nürnberq"in kapitanı "Qalatasaray"a gəlir?

İstanbulun "Qalatasaray"futbol klubunun prezidentliyə ən şanslı namizədi sayılan Ünal Aysal, mayın 14-də keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmindir. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı 70 yaşlı iş adamı komandasında təmsil olunan menecerləri xarici futbolçu "ovuna" çıxarmazdı. Məsələ burasındadır ki, İtaliyanın "İnter" futbol klubunun və İngiltərənin "Tottenhem" futbol klubunun bir neçə forvardını "gözaltı" edən Ü.Aysal, indi də Almaniyanın "Nürnberq" futbol klubunun 28 yaşlı kapitanı Andres Wolfu "Qalatasaray"a gətirmək istəyir. Almaniyanın "Exspress" qəzeti yazır ki, türkiyəli iş adamı bu transferdə israrlıdır. Çünki əla hücumçu keyfiyyətlərinə sahib olan kapitan, "cim bom" üçün faydalı transfer sayıla bilər. Alman qəzeti yazır ki, 28 yaşlı kapitanla Rusiyanın "Zenit" və İspaniyanın "Atletiko Madrid" futbol klubları da maraqlanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə