Bu da sevinc dolu son! Siasport.az saytı xəbər verir ki, dünən İspaniya La Liqası çərçivəsində səfərdə "Levante" ilə qollu heç-heçəyə razılaşan "Barselona" futbol klubu, mövsümün bitməsinə 2 həftə qalmış çempionluğunu elan etdi. Əvvəlcə Keytanın vurduğu qolla hesabda önə keçən katalonların qol sevinci elə də uzun çəkməyib. Çünki "Levante"nin forvardı Kaisedo mükəmməl zərbə ilə topu Valdesin qoruduğu qapıdan keçirib ki, bu da hesabın 1:1 olmasına səbəb olub. Amma elə bu bir xal da "Barselona"nın üst-üstə son 7 mövsüm ərzində 5-ci dəfə çempion olmasına bəs edib. 111 illik tarixində artıq 21 dəfə bu sevinci yaşayan katalon klubu, indi sözün əsl mənasında özünün ən gözəl yüksəliş dövrünü yaşayır. Komandanın baş məşqçisi Xose Quardiola isə çempionluq üçün çox zəhmət çəkdiklərini, bu zəhmətin bəhrəsini görməkdən də məmnun olduqlarını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB