AZAL-da istefa

AZAL klubunun fiziki hazırlıq üzrə məşqçisi Gəray Qarayev komandadan istefa verib. Siasport.az saytı xəbər verir ki, mütəxəssis istefa ərizəsini dünən klub rəhbərliyinə təqdim edib.
Qarayevin istefa verməsinə səbəb klub rəhbərliyinin ondan AzTV-də yayımlanan "Premyer Liqa" verilişində ekspert qismində çıxışını dayandırmağı tələb etməsi olub. Qarayevin istefası hələ qəbul olunmayıb.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə