İspaniyanın \"Real Madrid\" futbol klubunun və futbol üzrə İspaniya milli komandasının qolkiperi İker Kasillyas kral klubu ilə yollarını ayıra bilər. Siasport.az saytı xəbər verir ki, buna səbəb təcrübəli qolkiperin futbol həyatını İngiltərənin məşhur bir futbol klubunda davam etdirmək istəyidir. Sən demə, 28 yaşlı qolkiper futbola biznes kimi baxmaq istəyir və sabahını fikirləşərək daha çox pul qazanmaq niyyətinə düşüb. Yəqin ki, hansısa bir ingilis nəhəngi qapıçıya elə bir məbləğ təklif edib ki, bu maliyyə onun \"Real\"dan aldığı puldan 3-4 dəfə yüksəkdir. İspaniyalı qolkiperin \"Real\"dan aldığı pul, belə görünür ki, onu qane etmir. İngiltərənin \"The Quardian\" qəzeti isə yazır ki, futbolçunun meneceri bu yaxınlarda \"dumalı albiom\"da görünüb və çox guman ki bu səfər İ.Kasillyasın gələn mövsümdən ingilis klublarından birinə transfer olunmasını götür-qoy etmək üçün edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB