Qartal “Qədir Has” qanadlandı

Qartal “Qədir Has” qanadlandı

Dünən axşam keçirilən 49-cu "Ziraat Türkiyə Kuboku" finalında İstanbulun "Beşiktaş" komandası digər bir İstanbul kulubu "İstanbul Böyükşəhər Bələdiyyəspor" ilə qarşı-qarşıya gəlib. Siasport.az saytı xəbər verir ki, mövsümün əvvəlində super transferlər edərək hamının diqqətini çəkən, amma mövsüm boyunca yadda qalan heç nə edə bilməyən, üstəlik məşqiçi dəyişikliyinə gedən və də liqada çempionluq yarışından qopan "Qara Qartal" ümidini ölkə kubokuna bağlamışdı.
Digər tərəfdə isə neçə illərdir ki, həm liqada, həm də ölkə kubokunda Abdulla Avcının rəhbərliyi ilə inamla çıxış edən azarkeşsiz "İstanbul BB" idi.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən 11 metrlik zərbələr seriyasına ehtiyac duyulub. Bu zərbələrdə daha dəqiq olan "Beşiktaş" 9-cu dəfə kuboku muzeyinə aparıb və eyni zamanda da Avro kuboklara vəsiqəni özü üçün təmin edib.

"Beşiktaş" tərəfdən qolları 41-ci dəqiqədə Quareşma və 78-ci dəqiqədə Sivok vurduğu halda, "İstanbul BB"-nin qollarını 51-ci dəqiqədə 11 metrlik zərbədən İbrahim Akın və 68-ci dəqiqədə Gökhan Ünal vurub

Həbib Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə