Mübariz Mənsimovdan sərt qərar

Mübariz Mənsimovdan sərt qərar

Bu mövsüm hakim qərarlarından narazı olan "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov ölkə kubokunun finalı öncəsi qərar verib. Siasport.az saytı xəbər verir ki, "İnter"lə final oyununda hakim qərəzli idarəçilik etsə, "Xəzər Lənkəran" görüşü yarımçıq tərk edəcək. Hakim səhvlərindən təngə gəldiyini bildirən "Xəzər Lənkəran"ın fəxri prezidenti məhz bu mübarizə metodunun bəhrə verəcəyini düşünür. Buna səbəb kubokun yarımfinalında "Bakı" ilə cavab görüşündə yaşanan xoşagəlməz hadisə olub. Rövşən Əhmədovun idarəçiliyinə etiraz edən lənkəranlılarla polis arasında qarşıdurma yaşanmışdı.
Qeyd edək ki, ötən il ölkə kubokunun finalında "Bakı" ilə qarşılaşan və məğlub olan "Xəzər Lənkəran" etiraz əlaməti olaraq mükafatlandırma mərasimində iştirak etməmişdi.//premyerliqa.az

Bütün xəbərlər Facebook səhifəmizdə