Quzanlı derbiyə hazırdır

\"Qarabağ\" klubu Premyer Liqanın XXXI turunda \"Neftçi\"ni qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, cari mövsümdə komandanın baş tutacaq sonuncu ev oyunu Ağdamda, Quzanlı Olimpiya kompleksinin stadionunda baş tutacaq. Bir neçə gündür ki, Qarabağda yaşayan azarkeşlərimiz Azərbaycanın ən böyük derbisinin həyəcanını yaşayır. Artıq Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlıda oyunla bağlı işlər tamamlanaraq stadion hazır vəziyyətə gətirilib. İndi isə oyunla bağlı Ağdamdan son təəssüratları bildirək.

\"Qarabağ\" FK-nın bir qrup nümayəndəsi artıq 1 həftəyə yaxındır Quzanlıda məskunlaşıb. Ağdam rayon ictimayyətinin xahişi ilə \"Qarabağ\" FK Quzanlıda oynamaq üçün müvafiq müraciətləri reallaşdırdı. Olimpiya kompleksinin meydançasında yenidən bərpa işlərinə start verildi. Ot örtüyü təmamilə dəyişdirildi. Suraxanı qəsəbə stadionunda ölkənin ən yaxşı qazonunu formalaşdıran heyət Ağdamda eyni işləri müvəfəqiyyətlə yerinə yetirdi.
\"Qarabağ\" Ağdama bu gün gedəcək. Təxminən Saat 14:00 raddələrində Quzanlıya yetişməsi planlaşdırılan komanda nahar etdikdən sonra bir qədər dincələcək, saat 16:00-da məşqə çıxacaq. \"Neftçi\" isə Quzanlıda birbaşa oyuna çıxacaq. Bakıllılar sabah məşq edib paytaxtı tərk edəcək. Mingəçəvirdə məskunlaşacaq \"ağ-qara\"lar oyun günü 50 dəqiqəlik məsafədə yerləşən Kür sahilindən Quzanlıya yollanacaq.

Oyuna 2 gün qalmış Quzanlıda vəziyyət nə yerdədi? Artıq Ağdam və ətraf kəndlərə, Bərdəyə \"Qarabağ\" - \"Neftçi\" oyunuyla bağlı afişalar vurulub. Oyuna maraq yetərincədir. Matçın Azərbaycan derbisi olması da ajiotaja əlavə rəng qatır. Oyunu günü tribunaların tam dolması gözlənilir. Hazırda hava şəraiti də ideala yaxındır. Son günlər hava şəraiti qeyri-qənaətbəxş olsa da, bu gün Quzanlıda günəşli hava şəraiti hökm sürür. Təxminən 30 dərəcəlik hava hərarəti qəsəbədə pozitiv mühit yaradıb. Üstəlik, oyunla bağlı maraqlananlar stadiona gəlib göz oxşayan mənzərəni görüb, səbirsizliklə futbolu gözləyirlər.

Belə ki, yeni səpilmiş qazonunun yetişməsi və dəyişdirilmiş torpaq səthinin hamarlaşdırılması nəticəsində meydança ideal vəziyyətə gətirilib. Ot örtüyü ilə yanaşı, qazonun səthinin belə dəsək \"güzgü\" kimi olması texnikalı oyuna üstünlük tərəflərin oyuna izləyəcək azarkeşlərə baxımlı futbol nəsib edəcəyinin işartısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə