AFFA Petrovun cəzasını ləğv etdi

AFFA Petrovun cəzasını ləğv etdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda AZAL PFK-nın futbolçusu Robert Petrovun cəzasının ləğv edilməsi ilə bağlı müraciəti müzakirə olunaraq aşağıdakı qərar qəbul olunub: 1. AZAL PFK-nın futbolçusu Robert Petrov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Robert Petrov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Robert Petrov analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırki azad olunmuş cəzaya əlavə olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə