Bakı İdman Sarayında keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turniri davam edir. Siasport.az saytı xəbər verir ki, yarışın ikinci günündə 24 idmançımız rinqə çıxıb. Onların 12-i rinqi qələbə ilə tərk edib. Malik Muradov (52 kq), Nəsrəddin Məmmədov (52 kq), Nadir Haqverdiyev (52 kq), Ceyhun İbrahimli (52 kq), Peyman Yusifli (54 kq), Iman Əhmədli (54 kq), Nicat Şərifxanov (57 kq), Nurlan Hacıyev ((57 kq), Əli Həsənov (63 kq), Orxan Mayıllı (70 kq), Məhəmməd Tahirov (80+ kq) və Sadiq Səmədov növbəti mərhələyə vəsiqə qazanıblar. Boksçularımızdan Məhəmməd Tahirov Gürcüstan nümayəndəsi David Purtsaladzeni nokauta salıb. Bundan başqa, Kayirgeldi Dayutbek, Didar Tulegen (hər ikisi Qazaxıstan) və Ravil Axmetov da (Ukrayna) böyük üstünlüklə qalib gəliblər.
13 çəki dərəcəsində keçirilən yarışa mayın 14-də yekun vurulacaq.
Qeyd edək ki, yarışda 141 yeniyetmə boksçu mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB