Arda Turan Adnan Polatı ağlatdı

Arda Turan Adnan Polatı ağlatdı
İstanbulun \"Qalatasaray\" futbol klubunun prezidenti Adnan Polat son dəfə olaraq klubun bütün texniki personalı və aşağı yaş qrupları üzrə bütün növ idman komandalarının heyətləri ilə bir araya gəlib. Siasport.az saytı xəbər verir ki, cəmi 3 gündən sonra prezidentlik dövrü başa çatan A.Polat hər kəslə görüşərək, ötən illər ərzində göstərdikləri əməyə görə və çəkdikləri zəhmətə görə onlara təşəkkür edib. \"Qalatasaray\" televiziyasında isə çox duyğulu anlar yaşanıb. Sən demə, İstanbul klubunun kapitanı Arda Turan A.Polata məktub yazaraq duyğularını kağıza köçürüb. Məktubunda çəkdiyi hər bir zəhmətdən ötrü A.Polata minnətdarlığını dilə gətirən A.Turan, onu çox sevdiklərini və onunla qürur duyduqlarını yazıb:

\"Əziz başqanım, sizə bu sözləri yazanda ağlayıram. Siz bizim hər birimizə necə qürurlu olmağı, əsl \"Qalatasaray\"lının necə hərəkət etməli olduğunu öyrətdiniz. Bu mənim üçün və bizim hər birimiz üçün böyük örnəkdir. Tam səmimiyyətimlə deyirəm ki siz indi məğlub kimi görünsəniz də, tarixə \"Qalatasaray\" adına zəfər yazan insan kimi düşəcəksiniz. Mən qocalanda ailəmə, uşaqlarımı və əzizlərimə daima dik duran, heç vaxt heç bir problemin qarşısında əyilməyən bir \"Qalatasaray\"lıdan danışacağam. Bu adamın adı Adnan Polatdır!

Mən indi göz yaşlarımı saxlaya bilmirəm. Mən sizi günahlarınızla və savablarınızla çox sevirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com