"Fiorentina"nın məşqçisi Manuel Cordeiro Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Qarabağ"ın ölkə çempionatında "Zirə"yə qarşı keçirdiyi oyunu izləyib. İtaliya klubunun təmsilçisi futbol üzrə Topaz Premyer Liqasının 5-ci turunun görüşünə stadiondan baxıb. Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin 2-ci turunda səfərdə "Fiorentina" ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB