Konkur üzrə “Bahar Kuboku” adlı turnir keçiriləcək

Konkur üzrə “Bahar Kuboku” adlı turnir keçiriləcək

12-14 May 2011-ci il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda, Novxanı qəsəbəsində yerləşən Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə SCİ3*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, "Bahar Kuboku" adlı turnirə Azərbaycan, Gürcüstan və Polşa kimi ölkələrin idmançıları qatılacaqlar. Yarışlarda ümumilikdə 8 idmançı və 20 baş at iştirak edəcək. Ölkəmizi bu tədbirdə "Sərhədçi AİK", "Günay AİK"-in nümayəndələri ilə yanaşı, milli komandamızın üzvləri Camal Rəhimov və Patrcik Mc Entee də təmsil edəcək. 3 gün davam edən yarışların ilk günü açılış yarışı (maneələrin maksimal hündürlüyü 145-sm), ikinci günü vaxta qarşı yarşlar (maneələrin maksimal hündürlüyü 145-sm), sonuncu gün isə Grand Prix final yarışları təşkil olunacaq (maneələrin maksimal hündürlüyü 140-160-sm). Turnirin ümumi mükafat fondu 156 000 dollardır. Yarışları Türkiyə, İran, və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə edəcək. Yarışların nəticələrinə uyğun olaraq idmançıların topladığı xallar onların 2012-ci il London Olimpiya Oyunlarına və həmçinin Dünya Kubokuna vəsiqə əldə etməyinə böyük təsir göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə