Düz deyirlər ki, əsl oğullar atalarının yolunu davam etdirirlər. Siasport.az saytı xəbər verir ki, deyəsən İspaniyanın "Real Madrid" futbol klubunun baş məqşçisi Joze Maurinyonun bəxti "Barselona"nı udmaqda gətirməsə də, yaxşı övlad atası olmaqda onun bəxtindən nəsə şikayət etməyə ixtiyarı yoxdur. Çünki dünən "Santyaqo Bernabeu"da oynanılan "Real"- "Xetafe" qarşılaşması zamanı, məşhur portuqaliyalının oğlu Joze Mario Maurinyo da meydanın kənarında ulduz futbolçular üçün top daşıyaraq, böyük futbolu yaxından izləməyə çalışıb. "France Footbol" nəşri yazır ki, balaca Maurinyo top daşımaq işinin öhdəsindən uğurla gəlib və belə demək mümkünsə elə indidən atasının yolunu davam etdirmək üçün yaşıl meydanlara yaxşı bələd olmağa çalışır. Görünür ata Mourinyo oğluna indidən böyük futbolla nəfəs almağı və futbolun sirlərini ona öyrətməyi qərara alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB