İtaliyanın "Yuventus" klubu transfer işlərini sürətləndirib. Siasport.az saytı xəbər verir ki, İtaliyanın ən köklü futbol klublarından olan "Yuventus", bir neçə gün bundan əvvəl "Roma" ilə bərabərə qalaraq mövsümün sonuna bir neçə tur qalmış çempionluğunu elan edən "Milan"ın 32 yaşlı forvardı Andrea Pirloyu heyətinə qatıb. İtaliyada nəşr olunan " İİ Corriere dello Sport" qəzeti yazır ki, bu transferlə gələcək mövsüm üçün heyətini gücləndirmək planlarına star verən "qoca sinyora", "Milan"ın forvardı ilə 3 illik müqaviləyə imza atıb. Klubun idman direktoru Juzeppe Marotta da qəzetə açıqlmasında deyib ki, onlar neçə müddət idi ki, A.Pirloyu transfer edə bilmək üçün çalışıblar. O, mövsüm bitən kimi ən azı 3-4 super transfer gerçəkləşdirəcəklərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB