Ruslan Abışov Almaniya Bundesliqa klubunda oynaya bilər

Ruslan Abışov Almaniya Bundesliqa klubunda oynaya bilər

"Neftçi"nin və milli komandamızın üzvü Ruslan Abışov karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Fanat.az-a futbolçunun qardaşı və meneceri Sərxan Abışov məlumat verib.
Sərxan Abışov bildirib ki, Almaniya klubunun nümayəndələri Bakıya gələrək "Neftçi" - "İnter" matçında Ruslanın oyununu izləyiblər: "Həmin klubun adını açıqlaya bilmərəm. Yalnız onu deyə bilərəm ki, Almaniya Bundesliqasında çıxış edir. İnşallah, "Xəzər Lənkəran"la oyundan sonra özləri "Neftçi" ilə danışıqlara başlayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə