Ünal Aysal: \"Qalatasaray\"da da qısa dönəmdə böyük uğurlar qazanacağıq\"
Mayın 14-də baş tutacaq \"Qalatasaray\" klubunun başqanlıq seçimi öncəsi klub prezidentliyinə namizəd Ünal Aysal iştirak etdiyi proqramda maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, Ü. Aysal azrakeşlərə xoşbəxt günlər yaşadacaqlarını vəd edib: \"Hər dəfə alışılanın əksinə, bu dəfə çox qısa bir müddətdə seçkilərə hazırlaşmağa məcburuq. Normal seçkilərdə namizədlər 6 ay əvvəldən hazırlaşır, amma bu dəfə belə alındı. Kollektivim gözlədiyimdən də artıq öz vəzifələrini yerinə yetirirlər. Buna görə də onlarla işləmək mənə çox rahatdır. Qarşımızda görüləsi çox işlər var. İnanıram ki, layiqi ilə bu vəzifənin öhdəsindən gələcəyik və azarkeşlərimizə xoşbəxt illər yaşadacağıq. Fikir verin, il demirəm, mövsüm demirəm, illər deyirəm\".
"FİKRİMDƏ BƏZİ İSİMLƏR VAR"
\"Başqan olsanız baş məşqiçi kim olcaq?\" sualına Ünal Aysal \"Fikrimdə çox önəmli bəzi isimlər var. Əlbəttdə ki, bunları biz istəməklə olmur. Gərək onlar da istəsinlər. Müqavilə şərtləri həm onlara, həm də büdcəmizə uyğun olsun. Ona görə də başqan olsam bunlardan \"Qalatasaray\"ımıza xeyirli olanı ilə müqavilə bağlayacağıq"
"SEÇKİLƏRDƏ ŞANSIM DİGƏR NAMİZƏDLƏRLƏ BƏRABƏRDİR"
"Seçkilərdə şansım digər namizədlərlə bərabərdir. Buraya gəlməyən \"Qalatsaray\" üzvlərindən xahiş edirəm ki, seçkilərə gəsinlər və kimə səs vermələrindən asılı olmayaraq orda iştirak etsinlər. Seçkilərdə səs verməyən üzvün sabah hansısa başqanadan bir şey tələb etməyə haqqı yoxdur".
Həbib Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB