İsmayıl İsmayılov: \"Ölkəmizin beynəlxalq idman aləmində tanınmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir\"

İsmayıl İsmayılov: \"Ölkəmizin beynəlxalq idman aləmində tanınmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir\"

\"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə ölkəmizdə idman tədbirləri keçirilir\". Siasport.az saytı xəbər verir ki, bu sözləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş "Böyük Qafqaz" beynəlxalq velosiped turnirində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib. O bildirib ki, Naxçıvanda 10 ölkənin iştirakı ilə ümummilli liderin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir yenicə başa çatıb: \"Bundan əlavə, şahmat, cüdo və digər idman növləri üzrə yarışlar təşkil olunub. Bu gün (dünən) isə ölkəmizdə ilk dəfə olaraq velosiped idmanı üzrə "Böyük Qafqaz" turniri Bakıdan start götürür. Turnirdə velosipedçilər Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala-Bakı marşrutu üzrə hərəkət edəcəklər. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə belə turnirin keçirilməsi çox əlamətdar hadisədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinin dünəni, bu günü və gələcəyidir. Ölkəmizin beynəlxalq idman aləmində tanınmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycan idmançılarının uğurları göz qabağındadır. Buna misal olaraq, Naxçıvanda keçirilən güləş turnirini göstərmək olar ki, bu yarışda Azərbaycan yığması qızıl medal qazandı\".

Bütün xəbərlər Facebook səhifəmizdə