İspaniya La Liqasında növbəti turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, \"Santyaqo Bernabeu\"da \"Xetafe\"ni qəbul edən \"Real Madrid\" futbol kubu, qarşılaşmadan 4:0 hesablı böyük qələbə ilə ayrılıb. Qarşılaşma boyu rəqibindən daha istəkli görünən kral klubu, bu istəyini tezliklə ard-arda gələn qollarla reallığa çevirə bilib. Belə ki, qarşılaşmanın 24-cü və 58-ci dəqiqələrində Kriştianu Ronaldunun qolları \"Real\"ın növbəti qələbəsi üçün stimul olub. Komanda oyunun 77-ci dəqiqəsində isə Kərim Benzema da irəli çıxaraq rəqib torunu silkələməyi bacarıb. Amma bu da qarşılaşmada sonuncu qol olmayıb. Belə ki, qarşılaşmanın 90-cı dəqiqəsində təyin olunan penaltini gözəl zərbə ilə qola çevirən portuqaliyalı futbol ulduzu Ronaldu hesabı 4:0 \"Real\"ın xeyrinə rəsmiləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB