İngiltərə Premyer Liqasında növbəti qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, İngiltərənin "Mançester Siti" futbol klubu öz meydanında "Tottenhem"i qəbul edib. Qarşılaşmanın ilk yarım saatlıq hissəsində qonaq komandanın müqavimətini qıra bilməyən ərəb şeyxlərinin komandası, qol istəyinə ancaq oyunun 30-cu dəqiqəsndə çatıb. "Tottenhem"in forvardı Piter Krauç, topu öz qapılarından uzaqlaşdırmaq istəsə də, nəticədə avtoqola imza atmalı olub. Bu isə "Mançester Siti"nin qələbə istəyini reallıqa çevirib. Mançester təmsilçisi layiq olmadığı 3 xalı, rəqib futbolçunun avtoqolu hesabına qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB