Bele getse İspaniyanın "Real Madrid" futbol klubu türk futbolçuların yuvasına çevriləcək. Siasport.az saytı xəbər verir ki, əvvəlcə Almaniyanın "Verder Bremen" klubundan Məsut Özili heyətinə qatan kral klubu, bir neçə gün əvvəl daha bir başqa Bundesliqa klubunda,- Borrusiya "Dortmund"unda forma geyinən Nuri Şahini də sıralarına qatmışdı. Bu səsli-küylü transfer bitməmiş, indi daha bir türk də "Real"a can atır. Bu, Almaniyanın "Bayern Münhen" futbol klubunda forma geyinən Hamit Altıntopdur. Almaniyanın "Bild" qəzeti yazır ki, türkiyəli futbolçu, "Real"a getməkdə israrlı olduğunu deyərək "pivəçilər"in rəhbərliyi ilə münasibətlərini kəskinləşdirib. Klubun yeni baş məqşçisi Jupp Heynckes də H.Altıntopun qalmasında israr edir. Amma futbolçu müqaviləsinin vaxtı bitən kimi ispan təmsilçisi ilə danışıqlara başlamaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB