"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- Komandanız Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk oyunda Belçika "Anderlext"inə məğlubiyyətdən sonra özünü necə hiss edir?
- Uduzmaq həmişə xoşagələn deyil. Amma bu məğlubiyyət bizim üçün faciə hesab olunmamalıdır. Güclü rəqibə uduzduğumuzu anlayırıq. Buna sakit yanaşırıq. Analizlər aparırıq.
- Avroliqadan sonra Topaz Premyer Liqasının növbəti turu çərçivəsində AZAL-la oyuna köklənmək çətin olmayacaq?
- Fikrimcə, hələ tam yaxşı tanımadığım bəzi oyunçularda belə problemlər ola bilər. Bunun üzərində çox çalışırıq, çox söhbətlər aparırıq. İş gedir. Bu məsələlərə ciddi yanaşmaq lazımdır.
- "Qəbələ" nəhayət ki, bu mövsüm ilk dəfə doğma meydanda oyuna çıxacaq...
- Qəbələdəki ilkin təəssüratlarımız çox yaxşıdır. Burada çox yaxşı məşq meydançalarımız var. Hamısı bir-birinə yaxındır. Qazon əla vəziyyətdədir.
- Heyətdə itki var?
- Bəli. Nika Kvekveskiri ilə Elvin Camalov bizə kömək edə bilməyəcək.
- Qarşıda sizi AZAL-la yanaşı, "Sumqayıt"la təxirə salınmış matç da gözləyir. Elə də iddialı olmayan bu rəqiblərlə oyunlarda komandanın liderlərinə istirahət verməyiniz mümkündür?
- Rəqiblərimizi güclü və ya zəifə bölmürük. Bütün komandalarla oyunlara ciddi yanaşırıq. Meydana da həmişə ən yaxşıları buraxırıq. Sadəcə, startegiyamızda gərgin qrafiki də nəzərə almağa çalışacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB