Güllə atıcılarımız beynəlxalq yarışda iştirak edirlər

Güllə atıcılarımız beynəlxalq yarışda iştirak edirlər

Mayın 9-dan Almaniyanın Hannover şəhərində güllə atıcılığı üzrə beynəlxalq yarış keçirilir. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı baş məşqçi Olqa Stepanovanın rəhbərliyi ilə Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova, Rəsul Məmmədov, Mehriban Məcidova, Türkan Abdullazadə təmsil edirlər. Mayın 15-dək davam edəcək turnirdə idmançılar 10 metr məsafədəki hədəflərə pnevmatik silahdan atəşaçma yarışları üzrə mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə