İstanbulun \"Beşiktaş\" futbol klubu Nihat Kahveçi ilə yollarını ayırıb-ayırmamaq məsələsində bir qərara gələ bilmir. Siasport.az saytı xəbər verir ki, bu yaxınlarda Superliqa çərçivəsində keçirilən qarşılaşmada meydanda əvvəlcə komanda yoldaşı Quaresma ilə, qarşılaşmadan sonra isə idman jurnalisti ilə yumruq davasına çıxan N.Kahveçi, bir də Türkiyədə futbol oynamayacağını demişdi. Hətta onun əvvəllər heyətində çıxış etdiyi İspaniyanın \"Villyareal\" və \"Real Sosseydad\" futbol klublarına qayıdacağı da deyilirdi. \"Beşiktaş\" rəhbərliyi isə onu heyətdən tam olaraq kənarlaşdırmaqda tərəddüd edir. Klubun transfer komitəsinin sədri Sərdar Adalı bildirib ki bu məsələ mövsüm bitəndən sonra futbolçunun öz ilə bir də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB